Sosial iqtisadiyyat

2018-də əhalinin 10%-ə yaxınının gəliri yoxsulluq həddindən də aşağı olub

Dövlət Statistika Komitəsi (DSK) 2018-ci il üçün ev təsərrüfatlarının büdcəsi ilə bağlı rəqəmlər açıqlayıb.

Rəqəmlərə əsasən, ötən il ev təsərrüfatlarının 8,2%-i adambaşına 120 manatdan 170 manata qədər gəlir əldə edib.

DSK-nin məlumatına görə, əhalinin 9,7%-nin aylıq gəlirləri 170 manata qədər olub. Bu, yoxsulluq həddindən (175,2 manat) aşağıdır.

Ötən il vətəndaşların 23,8%-nin aylıq gəliri 200 manata qədər olub.

2018-ci ildə dövlət yoxsul kateqoriyasına aylıq gəliri 175,20 manata qədər olan şəxsləri aid edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)