Dövriyyədə və bankda olan nağd pul artdı

2019-cu il, oktyabrın 1-nə Azərbaycanda pul bazası 10 milyard 217 milyon 300 min manat təşkil edib.
ENA.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, avqust ayının sonu ilə müqayisədə sentyabrda pul bazası 59 milyon 700 min manat və ya 0,6% artıb.
Qeyd edək ki, avqustda pul bazası iyul ayı ilə müqayisədə 416,7 milyon manat azalmışdı. Ötən ilin sonunda pul bazası 9 milyard 545 milyon 700 min manat təşkil etmişdi.
Xatırladaq ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları daxildir.
Pul bazası (mln. AZN)
Tarix Dəyər
30/09/2019 10217.3
30/08/2019 10157.6
31/07/2019 10574.3
28/06/2019 10376.9
31/05/2019 10172.4
30/04/2019 9495.1
29/03/2019 8946.3
28/02/2019 9014.1
31/01/2019 8709.2
29/12/2018 9545.7