MALİYYƏ

Mərkəzi Bank valyuta ehtiyatlarının yeni məbləğini açıqladı

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il sentyabrın 30-na 6 034,1 mln. ABŞ dolları təşkil edib.

AMB-dən "ENA"ya verilən məlumata görə, bu göstərici son bir ay ərzində 29,8 mln. dollar və ya 0,5%, ilin əvvəlindən isə 408,4 mln. dollar və ya 7,3% artıb.

Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 499,6 mln. dollar və ya 9% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department