E-ticarətlə bağlı daha bir yenilik tətbiq olunacaq
Azərbaycanda elektron ticarət (e-ticarət) platformalarında müştərilər ödənişlərini bir toxunuşla həyata keçirə biləcəklər.
ENA.az xəbər verir ki, layihənin icrasına Azərbaycan Beynəlxalq Bankı cəlb olunub.
Hazırda qeyd olunan layihənin icrasına dair texniki və texnoloji imkanlar araşdırılır və ilkin olaraq ani ödənişlərin qəbulu üçün mobil nömrələrdən istifadə ediləcəyi nəzərdə tutulur. Belə ki, satıcıya məxsus mobil nömrə link şəklində alıcıya göndəriləcək, alıcı isə sözügedən linkə daxil olub, ödənişini apara biləcək. Alıcı, həmçinin ödəniş, səhifəsinə daxil olaraq satıcının mobil nömrəsini daxil etməklə aldığı malın dəyərini ödəyə biləcək. Köçürülən məbləğ birbaşa satıcının kart hesabına yatırılacaq.
Qeyd edək ki, layihəni ilkin olaraq "Visa International" vasitəsilə, gələcəkdə isə "Mastercard" sistemi ilə həyata keçirilməsi nəzərdə tutulur.