Vergilər Nazirliyi vergi sisteminin diaqnostikası üçün 2 milyondan çox pul xərcləyəcək
Vergilər Nazirliyi ölkənin vergi sisteminin diaqnostikasını aparmaq məqsədilə məsləhətçi cəlb edib.
Vergilər Nazirliyi “Azərbaycanın vergi sisteminin diaqnostikası” mövzusunda ekspertiza-məsləhət xidmətinin həyata keçirilməsi üçün "McKinsey and Company (Azerbaijan), INC" şirkətinin Azərbaycandakı filialını cəlb edib, Bu barədə nazirlikdən məlumat verilib.
Müqavilənin dəyəri – 2 mln. 707 min 999,7 manat təşkil edib.