Dövlət Komitəsi 17 ədəd "Xəzər" aldı

Dövlət Statistika Komitəsi (DSK) "Khazar SD" markalı avtomobillərin satınalınmasına 280,5 min manat yönəldəcək.
Məlumata əsasən, DSK avtomobilləri “Azərmaş” MMC-dən alıb.
“Azərmaş” ilə 17 ədəd "Khazar SD" markalı avtomobilin satınalınmasını nəzərdə tutan müqavilə imzalanıb.
“Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir.