Axtar

Vergidə yenilik var: Harada çox pul qazanırsa, VERGİNİ ORADA ÖDƏYƏCƏK

Azərbaycanda vergi ödəyiciləri təsərrüfat subyekti üzrə yenidən uçota alınacaq.

Bu barədə  Vergilər Nazirliyindən məlumat verilib. Nazirliyin yenicə təsdiqlədiyi «Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası»na əsasən, vergi ödəyiciləri iqtisadi maraqlar mərkəzinin olduğu ərazi üzrə vergi qeydiyyatına düşəcəklər. İqtisadi maraqlar mərkəzi vergi ödəyicisinin gəlirlərinin əsas hissəsini əldə etdiyi ərazidir.

 

Daha sadə desək, vergi ödəyicisi ölkənin bir neçə regionunda obyektlərə malikdirsə, və hər hansı regionda daha çox gəlir əldə edirsə, o həmin regionda vergi uçotuna alınacaq.

Uçot yerinin dəyişdirilməsi vergi ödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə həyata keçirilir.

Vergi orqanı öz araşdırmaları (gəlirlərin təhlili, xronometraj və sair) nəticəsində vergi ödəyicisinin hansı vergi qurumunda qeydiyyata alınmasını müəyyənləşdirir, onun sənədləri yeni uçot yeri üzrə vergi orqanına göndərilir və vergi ödəyicisinin elektron kabinetinə bu barədə bildiriş göndərilir.

Qaydalara görə, vergi ödəyiciləri qeydiyyata alındıqdan sonra bu məlumat Maliyyə nazirliyinə də göndəriləcək ki, gələn ilin büdcə proqnozları hazırlanarkən nəzərə alınsın.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33