Milyonlarla tenderi udan şirkət səhmdar cəmiyyətə çevrilir
Azərbaycanda daha bir şirkət QSC-yə çevrilir.
ENA.az xəbər verir ki, “Arash Medical Company” təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.
Bildirək ki, “Arash Medical Company” Azərbaycan tibb bazarında 1994-cü ildən fəaliyyətdədir. Hazırda şirkətin fəaliyyəti hər növ tibbi avadanlıqlar və ləvazimatların satışı, işçi heyətinin təlimi, tibbi avadanlıqların quraşdırılması, təmiri və sazlanmasından və səhiyyə obyektlərinin layihələndirilməsindən ibarətdir.
Onu da qeyd edək ki, 2015-ci ildə Səhiyyə Nazirliyi ilə “Arash Medical Company” MMC arasında ümumi məbləği 10 milyon manata çatan üç anlaşma əldə edilib. Həmçinin 2019-cu il mayın 20-də Səhiyyə Nazirliyi Bakıdakı iki tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatı üzrə “Arash Medical Company” MMC ilə iki müqavilə imzalayıb.