5 BOKT-un nizamnamə kapitalı 8 milyon manatdan çoxdur
2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 5-nin nizamnamə kapitalı 8 milyon manatdan çoxdur.
Bunlar "Para" (38,887 milyon manat), "Aqrarkredit" (22 milyon 669 min manat), "Molbulak" (10 milyon 408 min manat), "Embafinans" (10 milyon manat) və "TBC Kredit"dir (8 milyon 453 min manat). 7 BOKT-un nizamnamə kapitalı 1-4 milyon manat arasında, 2 BOKT-un nizamnamə kapitalı 1 milyon manat, 13 BOKT-un nizamnamə kapitalı 300 min manatdan 1 milyon manata qədər, 6 BOKT-un nizamnamə kapitalı 300 min manat (müəyyən edilmiş minimum tələbə uyğun), 3 BOKT-un nizamnamə kapitalı isə 300 min manatdan azdır.
6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.
36 BOKT-dan 6-sı ötən il nizamnamə kapitalını artırıb.
Bunlar "Viza Kredit", Pro Kredit", "FİNKA Azərbaycan", "Azərbaycan Mikro-Kredit" və "Premier Kredit"dir. Ən yüksək dinamika "Viza Kredit"də (4,2 dəfə), ən aşağı dinamika isə "Premier Kredit"də (3,4%) qeydə alınıb.
Qalan 30 BOKT-dan 3-nün - "İcraçı Kredit Agentliyi", "Kredit Servis" və "Effektinvest"in nizamnamə kapitalı azalıb - müvafiq olaraq 1,8%, 3,6% və 28,3%. 27 BOKT-un isə nizamnamə kapitalı isə dəyişməyib.