Sənaye

"Brent neftinin qiyməti 75 dolları aşa bilər"

Qlobal investisiya bankı "Goldman Sachs", Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun neft sahələrinə dron hücumlarının ardından dünyanın ən böyük neft ixracatsı olan ölkədə dayanmış hasilatın tam bərpasının uzun davam etməsi vəziyyətində Brent neftin barrel qiymətinin 75 dolları keçəcəyi xəbərdarlığını edib. 

"Dayanmış hasilatın bərpa edilməsinin 6 həftədən artıq davam etməsinin açıqlanması vəziyyətində Brent neftinin qiymətinin 75 dolları keçəcəyini gözləyirik",- "Goldman"ın əmtəə bazarlarının araşdırılması departamentinin rəhbəri Ceffri Currie bildirib.

Dron hücumları nəticəsində "Saudi Aramco"nun 5.7 milyon barellik istehsalı dayanıb. Bu şirkətin istehsal gücününü yarısına bərabərdir. İstehsalın kiçik bir hissəsi bərpa edilə bilinib. 

Brent neftin qiyməti 12% artımla barreli 68 dollara qalxıb.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)