Sosial iqtisadiyyat

“Azərbaycan Dillər Universitetinin Nizamnaməsi” təsdiqləndi - 13 MİLYON MANAT

Nazirlər Kabineti “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”ni təsdiq edib.

ENA.az xəbər verir ki, sənədə əsasən, universitetin nizamnamə fondu 13.091.362 manatdır.

Universitetin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən, qrantlardan daxil olan vəsaitdən formalaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department