Rəsmi

Baş nazirdən mediasiya reyestri ilə bağlı vacib - QƏRAR

Baş nazir Novruz Məmmədov "Mediasiya reyestrinin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

ENA.az xəbər verir ki, "Mediasiya haqqında" qanunun məqsədi mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının siyahısının müəyyən edilməsi və onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir.

Mediasiya reyestri mediasiya fəaliyyəti ilə məşğul olmaq hüququ olan, həmçinin, mediasiya fəaliyyətini həyata keçirmək hüququ dayandırılmış və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılmış mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumları barədə məlumatlar əsasında formalaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department