Sosial iqtisadiyyat

İnam Kərimov iki rəhbər şəxsi işdən qovdu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub. 

ENA.az xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov işdən çıxarılıb. 

Nazirin digər əmri ilə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov da vəzifəsindən azad edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumatı saytımıza təsdiq edib.

O bildirib ki, hər iki şəxs Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət prinsiplərinə zidd hərəkət etdikləri üçün vəzifələrindən azad ediliblər:

"Bizim qurumun fəaliyyət prinsipləri fermerlərə yaxınlıq, şəffaf, səmərəli idarəetmə və innovasiyaların tətbiqidir. Çıxarılan şəxslər konkret olaraq fermerlərə yaxınlıq prinsipini pozduqları üçün işdən çıxarılıblar".

Onların yerinə təyinat yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)