Axtar

Norilsk şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək

Rusiya “Nordstar” aviaşirkəti gələn aydan Norilsk-Ufa-Bakı istiqamətində uçuşlara başlayacaq.

ENA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aviareyslər bu il oktyabrın 27-dən gələn il martın 28-nə qədər həyata keçiriləcək. 

Təyyarələr Rusiyanın Krasnoyarsk diyarında yerləşən Norilsk şəhərindən hər həftənin Ufaya uçacaq və elə həmin gün də ordan Bakıya hərəkət edəcək və geri qayıdacaq. Bu məqsədlə "Boeing 737-800" markalı avialaynerlərdən istifadə olunacaq. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33