Sosial iqtisadiyyat

Şeyx "halallıq" verdi - Qalmaqallı qanun layihəsi bu il qəbul oluna bilər

Milli Məclisin 2019-cu il payız sessiyasında illərdir müzakirəsi gedən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, sənəd tam hazırdır və müzakirəyə təqdim ediləcək. Deputat onu da əlavə edib ki, qanun layihəsinin qəbul edilməsi ilə bağlı problemli heç bir məqam qalmayıb.

Qeyd edək ki, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə mübahisələrə səbəb olub.

Xüsusilə sənəddə yer alan surroqat ana və sperma bankı məsələsinə cəmiyyət sərt reaksiya verib.

Həmin vaxt qanun layihəsinin qəbuluna Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mane olub. İdarənin təklif və iradları nəzərə alınaraq, bu məsələlər layihədən çıxarılıb. 

Eyni zamanda, QMİ-nin təklifləri götür-qoy edildikdən sonra bütün müsəlman ölkələrinin təcrübəsi öyrənilib. Hazırda QMİ qanun layihəsinin qəbuluna heç bir etiraz etmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)