Əli Nağıyevdən yeni - TƏYİNAT
![](https://ena.az/uploads/news/2019-08/_ena_04d5e99b2cc8428083c2ebb7f_o.jpg)
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) kadr dəyişikliyi olub.
ENA.az xəbər verir ki, bununla bağlı müvafiq əmri DTX-nin rəisi, general-leytenant Əli Nağıyev imzalayıb.
Əmrə əsasən, Fuad Rəsulov DTX-də idarə rəisi təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Fuad Rəsulov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat almışdı. Hazırda bu vəzifəyə təyinat yoxdur.