Kaşıkçı turşu ilə məhv edilib
Türkiyə hökuməti əmindir ki, səudiyyəli jurnalist Camal Kaşıkçının qatilləri onun bədənini turşu ilə məhv edib.
BI xəbər verir ki, bununla bağlı “The Washington Post” nəşri türkiyəli yüksək vəzifəli nümayəndəyə istinadən məlumat yayıb.
“Kaşıkçının cəsədini dəf etməyə ehtiyac yoxdur”, - nümayəndə bildirib.
Məlumatlara görə, cəsəd Səudiyyə Ərəbistanının baş konsulluğunda və ya qonşuluqda yerləşən baş konsulun igamətgahında məhv edilib.
Xatırladaq ki, Türkiyənin baş prokuroru İrfan Fidan bir müddət öncə verdiyi açıqlamada bildirmişdi ki, Kaşıkçı nəfər çatışmazlığından ölüb. İlkin ehtimallara görə, o, konsulluq binasına girən kimi qatillər tərəfindən boğulub.