Sosial iqtisadiyyat

Avtonəqliyyat Baş Gömrük İdarəsində böyük yeyinti - SƏNƏDLƏR DTX-YƏ GÖNDƏRİLİB

2019-cu ilin birinci yarısında  Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb.

ENA.az xəbər verir ki, yoxlama Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı əsasında aparılıb.

Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.  Avtonəqliyyat Baş Gömrük İdarəsi 15.12.2017 - 31.12.2017 dövrü üzrə yoxlanıb.

Yoxlama nəticəsində 2 milyon 27 min 800 manat  artıq və əsassız ödənişlər aşkar edilib. Dövlət Xidməti sənədləri  Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərib.

Xəbər verdiymiz kimi, 2019-cu ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda (adları aşağıdakı cədvəldə göstərilib) aparılmış yoxlamalarla 5 milyon 440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 3 milyon 295,08 min manatının bərpası təmin olunub, müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)