İsrail səhvən öz təyyarəsini vurdu
İsrail hərbçiləri səhvən öz təyyarələrini vurub.
ENA.az xəbər verir ki,, hərbçilər Qolan yüksəkliyindən İsrailə tərəf hərəkət edən uçan aparat müşahidə edib.
Qeyd olunur ki, həmin aparatın İsrailə təhdid törədə biləcəyini ehtimal edən hərbçilər atəş açıb.
Həmin aparatın İsrailə məxsus mülki təyyarə olduğu məlum olandan sonra atəş dayandırılıb.
İnsident nəticəsində xəsarət alanların olmadığı deyilir. Təyyarənin növü və digər təfərrüatlar barədə məlumat verilmir.