ENA+

Tramp ABŞ-da doğulanlara vətəndaşlıq verilməsi hüququnu ləğv etmək istəyir

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində doğulan ölkə vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv etmək istəyir.

ENA.az xəbər verir ki, bu barədə RİA “Novosti” ABŞ liderinin çıxışına istinadən məlumat verib.

“Biz buna ciddi yanaşırıq ”-deyə o bildirib.

Qeyd edək ki, cari ilin 15 oktyabr tarixindən başlayaraq, özlərini təmin edə bilməyən şəxslər ABŞ-da daimi yaşayış və iş hüququ əldə edə bilməyəcək.

Ağ Ev qeyd edib ki, yeniliklər ABŞ vergi ödəyiciləri və həqiqətən dövlət yardımına ehtiyacı olan ölkə vətəndaşlarını qoruyacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)