"PAŞA Həyat" işçi axtarır - VAKANSİYA
Vakansiya haqqında məlumat:
Struktur bölmə : Qiymətləndirmə və portfel analizi şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 2 sentyabr 2019-cu il
Əsas vəzifə öhdəlikləri:
1. Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tarif siyasətinin müəyyən edilməsində, sığorta və təkrarsığorta üzrə baza tarif siyasətinin formalaşdırılmasında iştirak etmək və bu məqsədlə zəruri məlumatları toplamaq;
2. Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində iştirak etmək ;
3. Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunmasında iştirak etmək;
4. Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
5. Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasında iştirak etmək;
6. Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi işinə cəlb olunması;
7. Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
8. Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanmasında iştirak etmək ;
9. Şöbədaxili riskləri müəyyən etmək və potensial risklər barədə birbaşa rəhbərinə məlumat vermək
Namizədə olan tələblər:
İş təcrübəsi : Tələb olunmur;
Təhsili/ixtisası : İqtisadiyyat, Riyaziyyat, Maliyyyə ixtisasları üzrə balakavr dərəcəsi tələb olunur
Dil bilikləri : Azərbaycan dilini əla, ingilis dilini əla, rus dilini orta səviyyədə bilməlidir;
Kompüter bilikləri MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları və orta səviyyədə SQL biliyi tələb edilir;
Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problem həlletmə, geniş perspektiv.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942
Vakansiya üçün müraciət qaydası :
Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Qiymətləndirmə və portfel analizi şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.