Rusiya meyvə, tərəvəz və güllərin idxalını məhdudlaşdırdı
Rusiyada fitosanitar qaydaları yenilənib.
TASS xəbər verir ki, avqustun 19-dan fiziki şəxslər üçün karantin yönümlü malların sərhəddən keçirilməsinə məhdudiyyətlər tətbiq olunacaq.
Bundan sonra sərnişinlər özləri ilə baqajda 5 kiloqramdan artıq meyvə yaxud tərəvəz apara bilməz. Əlavə yük üçün fitosanitar icazəsi lazım olacaq əks halda o yiyəsinin hesabına məhv olunacaq.
Həmçinin gül buketlərinin daşınmasına da məhdudiyətlər tətbiq olunub. Belə ki, istənilən nəqliyyatda sərnişin hərəsində 15 güldən artıq olmayaraq 3 buket apara bilər.