Sabahdan bayram tətili başlayır

Sabahdan Azərbaycanda Qurban bayramı ilə əlaqədar dördgünlük tətil başlayır.
ENA.az xəbər verir ki, avqustun 10-u şənbə, 11-i bazar gününə təsadüf edir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Qurban bayramı ilə əlaqədar avqustun 12-si və 13-ü qeyri-iş günüdür.
Beləliklə, 10-13 avqust tətil günləridir. Növbəti iş günü avqustun 14-dür.