ENA+

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin keçiriləcəyi tarix açıqlanıb

Gələn il "Formula 1" üzrə Azərbaycan Qran-prisi iyunun 7-də keçiriləcək.

ENA.az xəbər verir ki,, bu barədə jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov açıqlama verib. "Hələ "Formula 1"in yeni təqvimi açıqlanmayıb. Amma böyük ehtimalla iyunun 7-də təsdiqlənəcək" deyə o bildirib.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi son 3 ildə aprelin ortalarında keçirilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department