Birja

Dünya Bankından neftin qiyməti ilə bağlı - PROQNOZ

Gələn il dünya bazarında neftin orta qiymətinin 74 dollar/barel olacağı proqnozlaşdırılır.

BI xəbər verir ki, bu barədə Dünya Bankının oktyabr ayında dərc olunan “Əmtəə Bazarları proqnozu”nda qeyd edilib.

“2019-cu ildə dünya bazarında neftin orta qiymətinin bu ilin proqnozu olan 72 dollar/bareldən artaraq 74 dollar/barelə çatacağı gözlənilir.

Hesabatda bildirilir ki, ABŞ-ın neft hasilatının daha da artacağı, İran və Venesuelada isə azalacağı gözlənilir. Dünya Bankı qlobal tələbatın isə sabit olacağını proqnozlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)