Böyük Britaniyada yeni baş nazir seçildi
Boris Conson Böyük Britaniyanın yeni baş naziri seçilib.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, o, vəzifəsinin icrasına iyulun 24-də başlayacaq.
B.Conson hökumət başçısı vəzifəsini artıq istefa vermiş baş nazir Tereza Meydən təhvil alacaq. Yeni baş nazirin əsas hədəfi oktyabrın 31-də Britaniyanı Avropa İttifaqından tam çıxarmaq üçün hazırda davam edən hüquqi prosedurları yekunlaşdırmaqdır.