Metak işçi axtarır - VAKANSİYA
Mühəndis
Mexaniki emal sexinə mühəndis tələb olunur.
İş barədə məlumat
• Mövcud istehsal proseslərinin optimallaşdırılması;
• Dəqiq hesablanmış istehsal proseslərinin həyata keçirilməsi;
• Məhsul istehsalının ilkin mərhələsindən hazır məhsul mərhələsinə qədər texnoloji proseslərin hər birində iştirak etmə;
• Cizgi çəkmə qaydalarına riayət etmə və tələb olunan ölçüyə uyğun olaraq eskiz sənədlərinin hazırlanması;
• Cizgilərin və başqa konstruksiya sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi;
• Avadanlıqların texniki baxışının nəzarətdə saxlanılması;
• İstehsalatat alətlərinin cizgilərinin çəkilməsi və hazırlanması, saxlama şəraitinin düzgün nizamlanması.
Namizədə tələblər
• Yaş həddi: 25-35;
• 3 ildən artıq iş təcrübəsi (istehsalat sahəsində);
• MS Office proqramlarını (Word, Excel) yaxşı səvviyyədə bilmə;
• AutoCAD və SolidWorks proqramlarında işləmə qabiliyyəti;
• CNC torna və transfer dəzgahlarının iş prinsipini bilmə və onlar üçün lazımi alətlərin hazırlanması.
İş şəraiti
• Əmək haqqı – danışıq əsasında;
• İş saatı: 5 günlük iş rejimi (08:00 - 17:00-dək);
• Nahar şirkət tərəfindən təmin olunur;
• Nəqliyyat xidməti şirkət tərəfindən təmin olunur.
Maraqlananlar saytımızda onlayn-anketi dolduraraq, https://www.metak.az/resume/resume.php?vid=125 və ya hr@metak.az ünvanına CV göndərərək, 17.08.2019–cu il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.