Ermənistan ərazisindəki rus hərbi bazasını cərimələyib
Ermənistan Dövlət Gəlirlər Komitəsi Rusiyanın Gümrüdəki hərbi bazasını cərimələyib.
Məlumata görə, hərbi bazanın ərazisindəki dükan alış-veriş zamanı alıcıya kassa qəbzi təqdim etməyib.
Ona görə də bildirilib ki, komitənin iyulun 9-da qəbul etdiyi qərara əsasən, bu mağazanın fəaliyyəti 5 gün müddətinə cari il sentyabrın 19-dan 23-dək dayandırılacaq.