Sosial iqtisadiyyat

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin əsasnaməsi təsdiqlənib

“Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi” təsdiqlənib.

ENA.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi” təsdiq edilib. 

Nazirlər Kabinetinin “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələrinin müəyyən edilməsi haqqında” 2002-ci il 5 mart tarixli qərarı ləğv olunub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department