Azertelecom işçi axtarır - VAKANSİYA
İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis
Vakansiya haqqında
Şirkət : AzerTelecom
Şöbə : İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Vasitələri
İş qrafiki : Standart
İş yeri : Heydər Əliyev pr-ti. 106A
Son müraciət tarixi : 25.07.2019
Sizin əsas vəzifə və öhdəlikləriniz
* İctimaiyyətlə Əlaqələr strategiyasını planlaşdırmaq və icra etmək.
* AzerTelecom şirkətinin müxtəlif yerli və beynəlxalq konfrans, seminar və sərgilərdə iştirakını təşkil etmək.
* Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələri hazırlamaq və icra etmək.
* Yerli və beynəlxalq mətbuat orqanları ilə geniş və pozitiv əlaqələr qurmaq.
* Şirkətinin fəaliyyəti ilə bağlı müxtəlif press-relizlər, məqalələr hazırlamaq və onları ənənəvi və rəqəmsal media vasitələrində yerləşdirmək.
* Şirkətin internet saytı və sosial media kanallarında məlumatları mütəmadi olaraq yeniləmək və yeni məlumatlar yerləşdirmək.
* Baş verə biləcək böhran vəziyyətlərini qabaqcadan proqnozlaşdırmaq və qarşısının alınması istiqamətində tədbirlər görmək.
* Şirkətin brendinin yerli və xarici auditoriyada daha geniş şəkildə tanıdılması ilə bağlı müxtəlif PR aksiya və kampaniyaları təşkil etmək.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* İctimaiyyətlə Əlaqələr, Jurnalistika və ya Marketinq sahəsində ali təhsil.
* İctimaiyyətlə Əlaqələr, Jurnalistika və ya Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi.
*Sosial media ilə işləmə təcrübəsi.
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Analitik düşüncə
* Təzyiq altında işləmə və eyni zamanda bir neçə layihəni idarə etmək qabiliyyəti
* Güclü yazılı və şifahi ünsiyyət bacarığı
* Təşəbbüskarlıq
* Böyük həcmdə məlumatla işləmək bacarığı
* Kreativ düşüncə
* Yüksək səviyyəli korporativ mədəniyyət və korporativ etiket qaydalarını bilmək
* MS Office proqramlarını bilmək
* Azərbaycan, İngilis və Rus dillərini səlis bilmək
Müraciət etmək üçün
CV-nizi hr@azertelecom.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.