Bankların verdiyi kreditlərin regionlar üzrə renkinqi: Bakı ilə arasında 2 milyard fərq var
Bu ilin iyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 12,861 mlrd. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, hesabat dövründə banklar tərəfindən təklif olunan kreditlərin orta faiz dərəcəsi 11,8%-ə bərabər olub.
Bank sektorunda regionlar üzrə kredit qoyuluşuna dair renkinq tərtib edib. Kreditlərin həcminə görə siyahının ilk üç pilləsini Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonları bölürlər.
Azərbaycanda bank kreditləşməsinin regionlar üzrə renkinqi:
# |
Region |
Kreditin həcmi, min AZN |
Orta faiz dərəcəsi, % |
1 |
Bakı |
10 377 279 |
9,9 |
2 |
Aran |
645 083 |
22,7 |
3 |
Gəncə-Qazax |
519 626 |
19,4 |
4 |
Abşeron |
510 653 |
16,3 |
5 |
Lənkəran |
230 453 |
22,0 |
6 |
Quba-Xaçmaz |
186 029 |
20,4 |
7 |
Şəki-Zaqatala |
162 244 |
20,0 |
8 |
Naxçıvan |
109 711 |
11,0 |
9 |
Dağlıq Şirvan |
63 489 |
23,2 |
10 |
Yuxarı Qarabağ |
56 840 |
24,1 |