ENA+

Rusiya vətəndaşlarının Gürcüstanda daşınmaz əmlaka marağı 5 dəfə artıb

Gürcüstanda mənzil almağı planlaşdıran Rusiya vətəndaşlarının sayı, təxminən, 5 dəfə artıb.

ENA.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri yazıb.

Bu ilin birinci yarısında rusiyalıların Gürcüstanda daşınmaz əmlakın seçilməsi ilə bağlı müraciətlərinin sayı illik müqayisədə 4,7 dəfə artıb. Populyarlıq reytinqində Gürcüstan 23-cü yerdən 15-ci yerə yüksəlib.

Artım Gürcüstanda qanunun əcnəbilərə daşınmaz əmlak almağa icazə verməsi, münasib qiymət və cəlbedici keyfiyyətlə bağlıdır.

Nəşrdə təhlilə əsasən qeyd olunub ki, son dövrlər Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi rusiyalıların Gürcüstanda daşınmaz əmlaka maraqlarına təsir göstərməyəcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)