Sosial iqtisadiyyat

“Azərkosmos”un gəliri - AÇIQLANDI

Bu ilin yanvar-may aylarında “Azərkosmos” ASC dünyanın 18 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

ENA.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayında bildirilir. 

Məlumata görə, “Azərkosmos”un ixracdan əldə etdiyi gəlirlər onun ümumi gəlirlərinin 88%-ni təşkil edib.

Bu ilin may ayında isə səhmdar cəmiyyəti 16 ölkəyə 2,3 milyon dollar dəyərində xidmət ixrac edib. 

“Azərkosmos”un xidmətini idxal edən əsas ölkələr ABŞ, Malayziya, Fransa, Böyük Britaniya və BƏƏ olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)