Aylıq sosial ödənişin məbləği ilə bağlı - EKSPERTDƏN TƏKLİF
Minimum aylıq əməkhaqqının məbləğinin 250 manata çatdırılması ilə bağlı Prezident sərəncamından sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədəuyğundur.
ENA.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.
Onun sözlərinə görə, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq, sığorta haqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var:
“Belə ki, minimum əməkhaqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslərin minimum əməkhaqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda, sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu halda əməkhaqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.