Qızılın qiyməti 6 illik rekordu yeniləyib
Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 6 illik fasilədən sonra ilk dəfə 1 400 ABŞ dollarını keçib.
ENA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən gün əmtəə birjalarında qiymətli metal 1 415 dollara qədər bahalaşıb. Hazırda isə qızılın qiyməti 1 400 dollara yaxındır.