MALİYYƏ

Azərbaycanın xalis maliyyə öhdəlikləri 2 dəfə artıb: Mərkəzi Bankın göstəriciləri

Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə aktivlərinin artımı 1 254,8 milyon dolları təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% çoxdur. 

Azərbaycan Mərkəzi Bankının hesabatına görə, Azərbaycanın xalis maliyyə öhdəlikləri isə 1 039,7 milyon dollar olub və bu illik müqayisədə 98,7% və ya 2 dəfə artım deməkdir. 

Eyni zamanda  Azərbaycanın cari əməliyyatlar balansının qalığı 1 602,7 milyon dolları təşkil edib ki, bu da xarici ticarət balansında 2 486,2 milyon dollarlıq qalıq, xidmətlər balansındakı 500,4 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansındakı 516,5 milyon dollarlıq kəsir (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı 412,9 milyon dollarlıq kəsir) və təkrar gəlirlər balansındakı 133,4 milyon dollarlıq qalıq hesabına formalaşıb.

Ötən il xarici ticarət balansının qalığı 3% artıb, xidmətlər balansının kəsiri 0,6% artıb, ilkin gəlirlər balansının kəsiri 2,1% azalıb (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı kəsiri 33,5% artıb), təkrar gəlirlər balansının qalığı 20,1% azalıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)