Hesabatlar

Bu şirkət 5 dəfə kiçilib, səhmdarları kapitalı geri götürür

"Qafqaz Lizinq" ASC 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"ENA" xəbər verir ki, lizinq şirkətinin cəmi aktivləri 663,17 min manat olub. Bu isə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5 dəfəyə yaxın (4,92) azdır. Şirkətin 2017-ci ilin yekununda cəmi aktivləri 3 mln. 263 min manat idi.

Lizinq şirkətinin cəmi aktivlərindəki kəskin azalmanın əsas səbəbi isə nizamnamə kapitalındakı azalma olub. Belə ki, "Qafqaz Lizinq"in nizamnamə kapitalı 2,5 mln. manata qədər azalaraq 3,2 mln.manatdan 660 min manata düşüb. Cəmi kapitalı isə 79,8% azalaraq 656,149 min manat təşkil edib.

Cəmi öhdəliklər isə il ərzində 7% azalaraq 6,868 min manata düşüb.

Əməliyyat zərəri 58,274 manat olan "Qafqaz Lizinq"in fövqəladə xərcləri 1014 manat təşkil edib ki, bu da şirkətin 2018-ci ili 59 min 288 manat xalis zərərlə başa vurmasına səbəb olub.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)