Azərbaycanda 6 bankın nizamnamə kapitalı artıb
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın nizamnamə kapitalı illik müqayisədə artıb.
"ENA" xəbər verir ki, bunlar "Access Bank", "Nikoyl Bank", "Kapital Bank", "Muğan Bank", "Bank Respublika" və "AGBank"dır. Ən yüksək dinamika "Access Bank"da (84,5%), ən aşağı dinamika isə "AGBank"da (1,6%) qeydə alınıb.
Qalan 24 bankın isə nizamnamə kapitalı dəyişməyib.