Elm və Texnologiya

Azərbaycan Belarusla anlaşacaq

Azərbaycan “elektron imza”ların qarşılıqlı tanınması ilə bağlı Belarusla anlaşma memorandumu imzalamağa hazırlaşır. 

Bunu  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbə bildirib.

Mənbənin məlumatına görə, memorandumun dekabrın 3-6-da Bakıda təşkil olunacaq 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi (“Bakutel-2019”) çərçivəsində imzalanması gözlənilir.

“Elektron imza”ların qarşılıqlı tanınması üçün iki əsas məsələ var. Birincisi texniki, digəri isə siyasi məsələdir. Hazırda texniki baxımdan bütün məsələlər həll olunub. Yalnız siyasi məsələlər qalıb ki, bu çərçivədə də Xarici İşlər Nazirliyi (XİN) və digər aidiyyəti qurumlar iş aparır. Əgər onlar işləri ilin sonuna qədər yekunlaşdıra bilsə biz dekabrda Bakıda baş tutacaq 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi (“Bakutel-2019”) çərçivəsində anlaşma memorandumu imzalamaq niyyətindəyik”, - deyə mənbə bildirib.

Qeyd edək ki, Azərbaycan hökuməti “Elektron imza”ların qarşılıqlı tanınması ilə bağlı Belarusla yanaşı Türkiyə ilə də danışıqlar aparır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)