Sənaye

“KazMunayQaz” və SOCAR birgə geoloji kəşfiyat işləri aparacaq

Qazaxıstanın “KazMunayQaz” şirkəti Azərbaycan Dövləty Neft Şirkəti (SOCAR) ilə birgə geoloji kəşfiyat işlərinin aparılmasını planlaşdırır.

Bunu jurnalistlərə açıqlamasında "KazMunayQaz"ın geologiya və kəşfiyyat üzrə İdarə Heyətinin sədr müavini Kurmanqazı İskaziyev deyib.

Onun sözlərinə görə, geoloji kəşfiyyat işlərin aparılması Qazaxıstan və Azərbaycan ərazilərinin quru hissəsində və dənizdə aparılacaq: “Geoloji işlərin aparılmasından sonra tərəflər ən perspektiv və iqtisadi səmərəli olan strukturları seçib orada birgə işləməni həyata keçirəcəklər”.

K. İskaziyev həmçinin bildirib ki, Azərbaycan ərazisindən Qazaxstan neftinin nəqli məsələsinə baxılır: “Bu, Qazaxıstanda neft hasilatının yaxında artması ilə bağlıdır. Bu gün bizi Cənub istiqaməti xüsusən maraqlandırır. Qazaxıstan neftinin nəqli üçün diversifikasiya üçün Cənub istiqaməti də olmalıdır”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)