Sənaye

Rövnəq Abdullayevdən "Abşeron" və "Qarabağ" açıqlaması

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" və "Qarabağ" yataqlarında ilk məhsulun alınması 2021-2022-ci illərdə gözlənilir.

Bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, “Equinor” şirkəti ilə birgə layihələndirilən “Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür: "Yaxın zamanda işlənmənin FEED mərhələsinə keçməsi nəzərdə tutulub”.

 

Qazaxıstandan gətirilən avadanlıqlardan istifadə olunacaq.
Azərbaycan "Babək" yatağında kəşfiyyat işlərində Qazaxıstandan gətirilən avadanlıqlardan istifadə edəcək.

Bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, Qazaxıstan tərəfi ilə artıq razılıq əldə olunub.

"İlkin olaraq bu qurğu BP tərəfindən 2-3 dayaz yataqda istifadə olunacaq, sonra isə “Babək”də qurulacaq ki, bu da bizə ucuz başa gələcək. Düşünürük ki, çatdıra bilsək, kəşfiyyat işlərini bu il, çatdırmasaq gələn il bitirə bilərik", - deyə V. Əliyev qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)