"Problemli kreditlərin həcmində "biznesin payı" daha çoxdur"
Problemli kreditlərin tərkibində məbləğ baxımından daha çox biznes kreditləri paya malikdir. Say baxımından isə istehlak kreditləri böyük həcmə malikdir.
"ENA" xəbər verir ki, bunu "VTB Bank Azərbaycan"ın idarə heyətinin sədri Yevgeni Kirin deyib.
Eləcə də bax: VTB bankın gəlirləri nədən formalaşıb? - AÇIQLAMA
Y.Kirin bildirib ki, ümumilikdə problemli kreditlərin 90 faizi icra edilib və bank artıq kreditlərin restruktrizasiyasına başlayıb. 7 mindən çox problemli kredit tarixçəsi üzrə 17 milyon manat həcmində vəsait ödənilib.
Sədrin sözlərinə görə, bankın likvidliyi yüksəkdir və ölkədə alternativ alətlər olsa da, maliyyə dərinliyi yoxdur. Ona görə də banklar daha çox kreditləşməyə yönələcək. Çünki burada gəlirlilik daha yüksəkdir. Vergi Məcəlləsindəki dəyişikliklər və şəffaflığın gücləndirilməsi bütün iqtisadiyyata müsbət təsir edib və banklar da bura daxildir.