VTB bankın gəlirləri nədən formalaşıb? - AÇIQLAMA
"VTB Bank Azərbaycan" mövcud maliyyə vəziyyəti və bankla bağlı suallara aydınlıq gətirmək üçün bu gün mətbuat konfransı keçirdi.
"ENA" xəbər verir ki, Bankın İdarə Heyətinin sədri Kirin Yevqeniy Anatolyev açıqlama verərək bildirdi ki, birinci rübdə əldə olunan 1,5 milyon manat gəlir əsasən korporativ xidmətlərdən formalaşıb. Kredit portfeli artıb və Azərbaycan və Rusiya biznesində əməkdaşlıq edənlərin hesabına bu portfel yüksəlib. Müştəri hesabları artıb və bank rublda olan əməliyyatlara daha yaxşı şərtlər təklif edirlər. Ölkələrimiz arasında ticarət dövriyyəsi artdığından bu qarşılıqlı dövriyyədə də özünü göstərir.
Eləcə də bax: Əmanətlərin sığortalanması sistemi dəyişsin - BANKDAN TƏKLİF