Bank

Banklara və müəssisələrə milli reytinq veriləcək: Hazırlıq tamamlanıb

Azərbaycanda pul bazarının həcmi 10 milyard manat təşkil edir və bu daxili məhsulda 12% paya malikdir. Bu isə böyük həcmdə likvidlik deməkdir və onun diversifikasiyalı şəkildə yerləşdirilməsi mühüm məsələdir.

"ENA" xəbər verir ki, İqtisadi İslahatlar Mərkəzinin direktoru Vüsal Qasımlının sözlərinə görə, Azərbaycanın kapital bazarının əsas iştirakçıları banklardır və bu sahə daha çox dövlət qiymətli kağızları hesabına böyüyür.

V.Qasımlı hesab edir ki, korporativ qiymətli kağızların buraxılması daha çox diqqət mərkəzində olmalıdır. Hətta nəzərə çatdırdı ki, bu bazarda olan sahibkarlar 50 faiz vergi güzəşti əldə edirlər. Sonra illərdir müzakirə edilən Milli Kredit reytinqi Agentliyinin yaradılması məsələsi yenidən gündəmə gəldi. V.Qasımlı anons etdi ki, bu sahədə xarici təcrübə öyrənilib, təşkilati forma və funksiyaları müəyyənləşdirilib və 2020-ci ilə qədər bu qurum artıq formalaşdırılacaq.

Xarici qurumlardan yüksək xidmət haqqına görə kredit reytinqi ala bilməyənlər artıq milli agentliyin fəaliyyətindən istifadə edəcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department