İnşaat və əmlak

"Prezident sənədsiz evlərlə bağlı tapşırıq verib" - İŞÇİ QRUPU YARADILIB

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Binəqədi rayonu Binəqədi qəsəbəsinin sakinləri ilə görüşü olub.

Görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Alahverdiyev, müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri, Binəqədi qəsəbəsinin ayrı-ayrı məhəllələrinin sakinləri, ağsaqqallar, həmçinin qonşu Biləcəri qəsəbəsinin nümayəndələri iştirak ediblər.

Görüşdə 39 nəfər sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəbin tikintisi  və s. olub. 

Görüşdə sakinləri daha çox narahat edən problemlərdən olan fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsinə toxunan Eldar Əzizov bildirib ki, bu problem on illiklərdən bəri yığılıb qalmış problemdir. Ölkə başçisı bu problemin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Tərəfimizdən işçi qrup yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlarla birgə işlər aparılır. Tikilən evlərin sənədləşmə prosesində bir sıra əlavə problemlər ucbatından bu işləri 1 anda həll etmək mümkün deyildir, vaxt tələb olunur. Hər halda məsələ nəzarətdə saxlanılır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)