Gündəm

Ukrayna Həştərxana zərbə endirib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki "Olya" dəniz limanına zərbə endirib.

Ukrayna KİV-ləri xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmənin havadan zərbələr endirmək imkanlarının azalması çərçivəsində avqustun 14-də Ukrayna Ordusunun Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Rusiyanın Həştərxan vilayətinin "Olya" dəniz limanına atəş zərbəsi endirib", - məlumatda qeyd olunub.

Bildirilib ki, bu obyekt İrandan hərbi təyinatlı malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Məlumata görə, İrandan alınan “Shahed” tipli PUA-ların komplektləşdirici hissələri və döyüş sursatlarının yükləndiyi "Port Olya 4" gəmisi zədələnib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)