A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Tam məhv olma

Sözün izahı

Sığortalanmış əmlakın elə zədələnməsidir ki, köhnəlmə əmsalı nəzərə alınmaqla bərpa üçün tələb olunan xərclərin məbləği həmin əmlakın həqiqi dəyərindən artıq olur.

Misal:

Şəxs dəyəri 30 000 manat olan avtomobilini sığorta etdirir və azadolma məbləği 250 manat məbləğində müəyyən edilir. Sığorta müddəti ərzində ağır yol-nəqliyyat hadisəsi baş verir. Hadisə nəticəsində avtomobilə ciddi zərər dəyir və onun təmiri üçün 27 000 manat vəsait tələb olunur. Həmin vəsait avtomobilin dəyərinin 90%-ni təşkil etdiyi üçün avtomobilin əvvəlki vəziyyətdə bərpası səmərəli deyil. Belə olan halda avtomobilin bu cür zədələnməsi onun tam məhv olması kimi qiymətləndirilir və sığortaçı  250 manat azadolma məbləğini çıxmaqla, şəxsə 29 750 manat (30 000 (sığorta məbləği)-250=29 750 manat) sığorta ödənişi ödəyir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2010-cu il 23 noyabr tarixli“Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə Sığorta qaydaları”, bənd 32.2.2:

avtomobilin tam məhv olması– avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta məbləğinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 18:

tam məhv olma (eng.– total loss)– əmlakın qalıqlarından istifadə və ya təmir xərclərinin onun təmir edilməsi anındakı dəyərinə bərabər, yaxud ondan çox olmasıdır.