Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.53:
Polis (eng.-policy)– sığortalıya sığorta şirkəti tərəfindən verilən yazılı sığorta müqaviləsidir.
Böyük Britaniyanın Dəniz risklərinin sığortası haqqında 1906-cı il Aktı, maddə 22:
…dəniz sığortası müqaviləsi bu Akta uyğun olaraq, dəniz polisi (eng.-marine policy) formasında tərtib edilmədiyi halda, etibarsızdır.
Avstraliya Federasiyasının 1984-cü il “Sığorta müqavilələri” Aktı, maddə 11 (1):
“polis sənədi” (eng.-policy document)dedikdə, sığorta müqaviləsinə münasibətdə
a) sığortaçı tərəfindən hazırlanmış, müqavilənin bağlanması faktını təsdiq edən sənəd;
b) müqavilənin bağlanması faktını təsdiq edən brokerin yerləşdirmə slipi başa düşülür
və müvəqqəti bağlanmış sığorta müqaviləsinə münasibətdə “təminat şəhadətnaməsi” kimi tanınan sığortaçı və ya onun verdiyi səlahiyyət əsasında sığorta vasitəçisi tərəfindən hazırlanan sənədi də əhatə edir.
R.T. Yoldaşev, “Sığorta biznesi: Lüğət-sorğu kitabı” M.: “Ankil”, 2005, səh. 803:
Polis (рус.-полис)– bağlanmış sığorta müqaviləsinin hüquqi sübutu olan sənəd…
|