A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Ölümcül xəstəlikdən sığorta

Sözün izahı

Tibb müəssisəsinin qoyduğu diaqnoza əsasən sığortalının ölümünə səbəb ola biləcək xəstəliyə tutulması halında sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi.

 

Misal:

 

Şəxs sığortaçı ilə ölümcül xəstəlikdən sığortalanma barədə müqavilə bağlayır. 10 ay sonra həmin şəxsdə ölümcül xəstəliklərin siyahısına daxil olan hər hansı bir xəstəlik, məsələn ağ ciyər xərçəngi aşkar edilir. Bu fakt tibb müəssisəsinin təqdim etdiyi müayinə nəticələri ilə təsdiqlənir. Şəxs və ya onun nümayəndəsi bu barədə müvafiq sənədləri sığortaçıya təqdim edir və sığorta ödənişini alır.

 

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 14.2.5:

 

sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan sağalmaz xəstəliklərdən sığorta.

 

Beynəlxalq təcrübədən nümunə

"Barrons Educational Series” “Sığorta terminləri lüğəti”, beşinci nəşr, səh 115:

 

Kritik xəstəlikdən sığorta (eng.-crititical illness insurance) – sığorta olunana ölümcül xəstəlik diaqnozunun qoyulduğu halda birdəfəlik sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta.