A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Obliqator (avtomatik) təkrarsığorta

Sözün izahı

Müəyyən sığorta sinfi və ya sinifləri (növləri) üzrə təkrarsığortalının qəbul etdiyi fərdi risklərin təkrarsığortaçı tərəfindən avtomatik olaraq təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığorta forması.

 

Misal:

“A” sığortaçı əmlak sığortası üzrə sığortaladığı riskləri “B”təkrarşığortaçıdatəkrarsığorta etdirir. Təkrarsığorta müqaviləsinəəsasən “A” sığortaçının təqdim etdiyi daşınmaz əmlakın sığortalanması üzrə“A” və“B” arasında təkrarsığorta münasibətləri üzrərazılaşdırılmış şərtlərəcavab verən bütün sığorta riskləri “B” təkrarsığortaçı tərəfindən təkrarsığortalanır. Təkrarsığortaçının hər bir obyekt üzrətəqdim olunan riskləri ayrıca təhlil edərək müəyyən risklərdən imtina etdiyi fakultətiv təkrarsığortadan fərqli olaraq, obliqator təkrarsığortada “B” təkrarsığortaçı “A” sığortaçının sığortaladığı bütün daşınmaz əmlakla bağlı sığorta müqavilələri üzrəmüvafiq riskləri təkrarsığortaya qəbul edir, bir şərtlə ki, sığorta müqavilələri “A” və “B” arasında razılaşdırılmış şərtlərəuyğun olsun.

 

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 890.9:

Təkrarsığorta müqaviləsi ilə müəyyən olunan şərtlərə cavab verən bütün risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın forması.

 

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 9:

(eng.-automatic treaty) təkrarsığortalının sığortalamış olduğu risklərin təkrarsığortaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq avtomatik təkrarsığortaya qəbul edildiyi təkrarsığorta.